6 iyun 2013 19:34

İsrafilov İspaniya klubu ilə yollarını ayıra bilər

Futbol üzrə Azərbaycan yığmasına dəvət alsa da, klubunun vacib oyunları olduğuna görə Bakıya gəlməsini təxirə salan Eddi İsrafilov “Murcia”dan ayrıla bilər. Azerisport.az xəbər verir ki, buna sözügedən klubun millimizin potensial üzvü ilə yeni müqavilə bağlamaq istəməməsidi.
 
Heç hazırda da İsrafilovun şərəfini qoruduğu klubla peşəkar müqaviləsi yoxdu. İspaniya klubu ona yeni müqavilə bağlayacağına dair söz versə də, buna əməl etmir.
 
Çünki klub hazırda ən çətin günlərini yaşayır. Komandanın üzvləri dörd aydı ki, maaş almırlar. “Murcia” özü isə İspaniyanın gücünə görə üçüncü liqası olan Sequndanı tərk etmək üzrədi. Belədə, klub təkcə İsrafilovla yox, daha bir neçə futbolçusu ilə yollarını ayırmalı olacaq. Əgər “Murcia” Eddi ilə müqavilə bağlamasa, iyunun 30-da futbolçu azad agent statusu almış olacaq. Onun gələcək karyerasının necə olacağı isə hələlik sual altındadı.
 
Qeyd edək ki, İspaniya mətbuatı artıq İsrafilovla bəzi klubların maraqlandığını da iddia edib. İspan həmkarlarımızın yazdığına görə, Azərbaycanın altı (!) klubu bu futbolçunu heyətində görmək istəyir. Eyni zamanda iki Rusiya klubu da onu almaqda maraqlıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.