7 iyun 2013 22:48

Azərbaycan Lüksemburqla evdə də sülh bağladı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Lüksemburq seçməsi idi.
 
Lüksemburq ilə görüş seçmə mərhələdəki ilk qələbəmizi rəsmiləşdirmək baxımından böyük əhəmiyyət kəsb edirdi. Buna nail olsaydıq, qrup sonuncusu ilə xal fərqimizi də artırmağa nail olacaqdıq. Bu oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi. Ən azından ona görə ki, ötən seçmə tsikldə qazanılan yeddi xallıq rekordu yeniləmək üçün Lüksemburqla görüşdə qələbə hava-su kimi vacib idi. Amma təəssüf ki, hesabı açmasına rəğmən, millimiz istəyinə nail ola bilməyib və sonda heç-heçə ilə kifayətlənib.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
7 iyun
 
AZƏRBAYCAN – LÜKSEMBURQ - 1:1 (0:0)
Qollar: R.Abışov, 71 (1:0), S.Bensi, 80 (1:1)
Hakimlər: Mihay Fabian, İstvan Norbert Albert, Peter Berettyan, Sandor Ando-Szabo (Macarıstan).
Bakı. “Bakcell Arena”.
 
Oyun başladı. Milli komandamıza uğurlar arzulayırıq!
5. Yığmamız hələ ki, ilk dəqiqələrdən oyuna nəzarəti əldə saxlamağa çalışır
6. Lüksemburqluların hücumu təhlükəli alınsa da, son anda hər şey komandamız üçün yaxşı bitir
7. Komandamz oyunda ilk künc zərbəsini yerinə yetirir. Cavadovun ötürməsindən sonra Abışovun baş zərbəsi zamanı top dirəkdən dönür
8. Cavadovun əla ötürməsinə Mahirin həlledici zərbəsi qapıdan azca yan keçir
15. Komandamız rəqib müdafiəsini təzyiqdə saxlamaqda davam edir və təhlükəli hücumlar qurmağa çalışır
17. Ramaldanov rəqibin əks-hücumu zamanı müdafiədə etibarlı oyunla yadda qalır
22. Cavadova qarşı cərimə meydançası yaxınlığında qayda pozuntusu qeydə alınır. Şükürovun zərbəsi canlı səddən qayıdır
23. Allahverdiyevin cinah ötürməsindən sonra Cavadovun yaxın məsafədən zərbəsi qapı tirinə tuş gəlir
27. Lüksemburq yığmaında ilk əvəzetməyə əl atılır: Lyuk Holts Devili Tom Latersa ilə əvəzləyir
30. Komandamız ilk yarım saatda çox yaxşı təsir bağışlasa da, çatışmayan yeganə şey qoldu!
31. Rəqibin təhlükəli hücumunun qarşısını bu dəfə R.Sadıqov alır
33. Şükürovun cərimə zərbəsindən ötürməsini Elnur Allahverdiyev qolla tamamlaya bilmir
35. Növbəti korner: Bu dəfə rəqib qapıçı topu uzaqlaşdıra bilir
36. R.Dadaşov Mahirin ötürməsini qolla tamamlamağa çalışsa da, rəqib müdafiəçi topu meydandan çıxarır
36. Yığmamızın üçüncü korner vuruşu zamanı yenə rəqib qapısına yol tapmaq mümkün olmur
40. Əla hücumumuzu Dadaşov qolla tamamlasa da, hakimlər ofsayd olduğunu bildirərək, onu hesaba almırlar
41. Komandamızın daha bir təhlükəli hücumu zamanı Abışovun həlledici zərbəsi qapıdan yan keçir
44. Mutş oyundakı ilk sarı vərəqənin müəllifi olur
45. Komandamız daha bir korner qazanır: Cavadovun ötürməsinə toxunan olmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Kris Filipsi Ben Payal əvəzləyir
46. V.Cavadovun yaxın məsafədən zərbəsi qapıdan aralı keçir
49. Qonaqların çox təhlükəli hücumu zamanı komandamızın bəxti gətirir
51. Lüksemburq oyunda ilk kornerini qazanır. Təhlükəli epizod zamanı Kamran komandamızı qoldan xilas edir. Fasilədən sonra müdafiəmizdə kobud səhvlər diqqət çəkir
54. Yığmamız daha bir korneri boşa verir
55. Cavadov cərimə meydançasına daxil olduqdan sonra qapıya zərbə endirsə də, top qapıçıda qalır
57. Yoahimin zərbəsi qapının üstündən keçir
61. Bensi də sarı vərəqə alır
62. Yığmamızın heyətində Rahid Əmirquliyevi Branimir Subaşiç əvəzləyir
65. Qonaqların hücumu zamanı K.Ağayev topa sahib çıxır
70. Yığmamızın hücumları artıq əvvəlki qədər kəsərli alınmır
69. Komandamız daha bir korner qazanır: Azərbaycansayağı korner zamanı R.Sadıqovun həlledici zərbəsini qapıçı dəf edir
70. Yığmamızın daha bir təhlükəli hücumu qol gətirmir
71. QOOOOOOOOOOOOOOOOOOOOOOOOL!!!!! Abışov Abdullayevin əla cinah ötürməsini dəqiq baş zərbəsi ilə uzaq doqquzluğa göndərir - 1:0
73. Cavadov sarı vərəqə alır
74. Meydanda gərginlik artır. Futbolçular arasında gərginliyi sakitləşdirən hakim Sadiqovla Hoffmanna sarı vərəqə göstərir
76. T.Latersa kobud oyuna görə sarı vərəqə alır
78. Latersanı D.D.Mota əvəzləyir
80. Xərimə meydançası yaxınlığında müdafiəçilərimizin zərərsizləşdirə bilmədiyi Bensinin uzaqdan zərbəsi qolla nəticələnir - 1:1
84. A.Abdullayevi E.Məmmədov əvəzləyir
85. Subaşiç açıq ayaqla rəqibdən top almağa çalışdığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
90. Yığmamızın hücumları təhlükəli alınmır. Qonaqlar isə artıq cərimə meydançası həndəvərində tez-tez qayda pozuntularına yol verməklə hücumlarımızın qarşısını almağa çalışırlar
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavdov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Araz Abdullayev, 19. Rahid Əmirquliyev, 20. Rüfət Dadaşov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 8. Pərdis Fərcad-Azad, 9. Qara Qarayev, 10. Elvin Məmmədov, 11. Branimir Subaşiç, 13. Arif İsayev, 16. Cavid Hüseynov, 18. Maksim Medvedev, 21. Vladimir Levin, 22. Əfran İsmayılov.
LÜKSEMBURQ: 1. Jonatan Juber, 4. Erik Hoffmann (k), 5. Maksim Şano, 7. Massimo Martino, 11. Stefano Bensi, 13. Aurelyen Yoahim, 16. Kris Filips, 17. Mario Mutş, 18. Loryan Yans, 21. Maurie Devil, 22. Lars Gerson.
Ehtiyat oyunçular: 12. Mars Obervays, 6. Rene Peters, 9. Daniel Da Mota, 10. Ben Payal, 14. Tom Latersa, 15. Ante Bukviç, 19. Antonio Luisi, 20. David Turpel.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.