6 iyun 2013 11:37
Fransa uduzdu, Danimarka Bakının müdafiəçisini məyus etdi
Futbol üzrə milli komandaların beynəlxalq yoldaşlıq görüşləri davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə daha iki yoldaşlıq görüşü baş tutub.
Danimarka öz meydanında Gürcüstanı məğlub edib. Bu görüşdə "Bakı"nın müdafiəçisi Georgi Popxadze ehiyatda qalıb. Fransa yığması isə səfərdə Uruqvaya uduzub.
Yoldaşlıq oyunları
5 iyun
Danimarka - Gürcüstan - 2:1
Qollar: Pedersen, 77, Eriksen, 86 - Dzariya, 52.
Uruqvay - Fransa - 1:0
Qol: Luis Suares, 50.
