6 iyun 2013 12:14
Xəzər Lənkəranın yeniləri forma nömrələrini seçdilər
Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” futbol klubu yay fasiləsində artıq 4 transfer edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun yeni futbolçuları forma nömrələrini də müəyyənləşdiriblər.
Millimizin müdafiəçisi Rasim Ramaldanov 6, mərakeşli Zohair Benouahi 11, braziliyalı Junior Nildo 24, makedoniyalı Nikola Qliqorov isə 35 nömrəli formanı seçib.
