6 iyun 2013 12:32

AFFA prezidenti: Türkiyə Super Kubok matçından imtina etməyimizin yeganə səbəbi....

AFFA prezidenti Rövnəq Abdullayev Türkiyə Futbol Federasiyanın Super Kubok oyununun Azərbaycanda keçirilməsi ilə bağlı müraciətinə mənfi cavab vermələrini şərh edib. Azerisport.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Abdullayev avqustun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan komandalarının oynayacaqlarını bildirib:
 
“Öz klublarımız üçün stadionun hazırlanması və oyuna hazırlıq məsələsi gündəmə gəldiyi üçün məcburən Türkiyəyə mənfi cavab verdik. Bu qərarımıza görə “Azərbaycan Türkiyəyə rədd qərarı verdi” ifadəsi çox ağır oldu”.
 
Super Kubokun oynanacağı gün xeyli sayda Azərbaycana “Galatasaray” və “Fenerbahçe” tərəfdarlarının gələcəyi, təhlükəsizlik probleminin olması və buna görə də Azərbaycanın rədd cavabı verməsi məsələsinə də toxunan Rövnəq Abdallayev bu iddiaları rədd edib: “Galatasaray” və “Fenerbahçe” klublarının əzəli rəqabətindən və bu rəqabətin azarkeşlərə necə təsir etdiyindən xəbərdarıq. Amma bizim qərarımızla bunun heç bir əlaqəsi yoxdu. Təhlükəsizlik məsələsi ilə bağlı Azərbaycanın problemi yoxdu. Yeganə səbəb odur ki, öz komandalarımız həmin gün qarşı-qarşıya gələcək və bu da Super Kubokun oynanacağı günlə üst-üstə düşür”.
 
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası Super Kubok matçının Azərbaycada keçirilməsi üçün AFFA-ya müraciət etmişdi. Lakin Azərbaycan tərəfi bu görüşü təşkil etməkdən rəsmən boyun qaçırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.