7 iyun 2013 00:33
İnter Rumıniya yığmasının futbolçusu ilə gücləndi (FOTO)
“İnter” rumıniyalı futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Rumıniya “Rapid”ində çıxış edən Kritsian Oroşu transfer edib.
Rumıniya mətbuatının yazdığına görə, onu “Neftçi” də almaq istəyirmiş. Amma futbolçu özü “bankirlər”i seçib.
Tərəflər artıq bir illik müqavilə də imzalayıblar. Amma hələ paytaxt klubu bu transferi rəsmən açıqlamayıb.
Qeyd edək ki, Oroş 2001–2005-ci illər aralığında “Olimpia”da, 2005–2006 mövsümündə isə “Bihor”da çıxış edib. 2006-cı ildə keçdiyi “Braşov”dan isə 2011-ci ildə ayrılıb. Bu müdafiəçi Rumıniya millisində də bir oyun keçirib.
