6 iyun 2013 12:51

AFFA-dan Qəbələyə təşəkkür məktubu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 28 may - 2 iyun tarixlərində Qəbələdə keçirilən II Qəbələ Kuboku turnirinin təşkilatçılığına görə klub rəhbərliyinə təşəkkür məktubu göndərib. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərova ünvanlanan məktubda bunlar qeyd olunub:

"Qəbələ" İK-nın prezidenti cənab T. Heydərova
 
Hörmətli Tale müəllim,
 
Azərbaycanda futbolun inkişafı məqsədilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir, böyük layihələr icra olunur. Sevindirici haldır ki, "Qəbələ" İdman Klubu bu prosesin ən fəal iştirakçılarından biridir. Rəhbərlik etdiyiniz klubun müxtəlif yaş qruplarından ibarət komandalarının AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda yüksək nəticələr əldə etməsi "Qəbələ" İK-da uşaq futboluna böyük diqqətlə yanaşıldığını göstərir. 
 
"Qəbələ" İK beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində də aktiv fəaliyyət göstərir. Artıq ikinci ildir ki, yeniyetmələr arasında təşkil olunan Avropanın aparıcı klublarının iştirak etdiyi, "Gabala Cup" turniri ölkəmizdə futbolun inkişafına töhfə verdiyi kimi Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi daha yaxşı tanınmasına zəmin yaradır. "Gabala Cup" turnirinin uğurla təşkil olunması münasibətilə Sizi təbrik edir, artıq ənənə halını almış bu yarışın gələcəkdə də yüksək səviyyədə keçirilməsini arzulayır və Azərbaycan futbolunun inkişafına verdiyi bu töhfəyə görə "Qəbələ" İdman Klubuna minnətdarlığımızı bildiririk.
Diqqətiniz üçün təşəkkür edirik.
 
Hörmətlə
Elxan Məmmədov
AFFA-nın baş katibi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.