7 iyun 2013 00:38
İnter Qusara toplanışa yollanır
2012/13 mövsümünü 4-cü pillədə başa vuran "İnter"in əvəzedici komandası çempionat başa çatandan sonra istirahətə yollanıb. Azerisport.az xəbər verir ki, iyunun 17-də "İnter"in istirahəti başa çatacaq və komanda "Şəfa" stadionunda məşqlərə başlayacaq.
Ayın 20-də isə əvəzedicilər Qusara yollanacaqlar. Komanda Qusar Olimpiya Kompleksində təlim-məşq toplanışı keçirəcək. Həmin toplanış iyulun 5-nə kimi davam edəcək.
Qeyd edək ki, daha sonra əvəzedici komanda ikinci toplanışa yollanacaq, lakin bu toplanışın keçiriləcəyi məkan hələ məlum deyil.
Əlavə edək ki, Qusar toplanışında "İnter" bir yoxlama görüşün keçirilməsini planlaşdırır.
