6 iyun 2013 13:35
Öncə mətbuat konfransı, sonra açıq məşq
Bu gün Lüksemburq milli komandasının baş məşqçisi Luk Holtsun mətbuat konfransı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, tədbir saat 16:15-də, "Hilton" otelində baş tutacaq.
Lüksemburq yığmasının mətbuat üçün açıq məşqi isə bu gün saat 19:00-da, "Bakcell Arena"da keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Qeyd edək ki, Lüksemburq yığması sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq. Qarşılaşma “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.
