7 iyun 2013 01:05
İnterin Türkiyə toplanışına davam (FOTOREPORTAJ)
“İnter” Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın 4-cü günündə komanda bir məşqlə kifayətlənib.
Axşam saat 18:00-da başlayan məşqə isinmə hərəkətlərlə start verilib, daha sonra futbolçular fiziki hərəkətlər yerinə yetiriblər və topla çalışıblar. Topla çalışmalarda əsas diqqət qısa ötürmələrə edilib.
Məşq 1 saat 30 dəqiqə davam edib.
