6 iyun 2013 13:54
Lüksemburqu Bakıda cəmi... 1 azarkeş dəstəkləyəcək
Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Lüksemburq yığmasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.
Qonaq komanda isə bu oyunda demək olar ki, azarkeşsiz oynayacaq. Çünki Lüksemburq yığması Bakıya azarkeşsiz gəlib.
Lüksemburq mətbuatının yaydığı məlumata görə, komandalarını “Bakcell Arena”da cəmi... 1 azarkeş dəstəkləyəcək. Bu, xüsusi olaraq komandasını dəstəkləməyə gələn Kristian Klayndı.
