6 iyun 2013 15:08
Azərbaycan - Lüksemburq oyunu canlı yayımda
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Lüksemburq oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, oyunu AzTV və İdman Azərbaycan kanalı vasitəsilə canlı izləmək mümkün olacaq.
Qeyd edək ki, Azərbaycan - Lüksemburq oyunu sabah - iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.
