6 iyun 2013 16:44

Mindauqas Kalonas: Pis azərbaycanlılardan uzaq olmağa çalışıram

Azerisport.az sizi “Rəvan”ın yarımmüdafiəçisi Mindauqas Kalonasın müsahibəsi ilə tanış edir.
 
- Siz “Rəvan”ın təklifi üzərində çox düşündünüz?
- Elədi. Amma dostlarımla məsləhətləşəndən, məlumat toplayandan sonra bu kluba keçməyə qərar verdim. İndi səhv etmədiyimi deyə bilərəm. Çünki hər şey yaxşı alındı. Konkret əmək haqqı var, nə söz verilmişdisə, hamısını da aldım.
 
- Azərbaycana gedənə qədər karyeranızda çətin günlər yaşadınız. Bunu necə geridə qoya bildiz?
- Yaxın doslatımın köməyi, eləcə də fiziki hazırlıq üzrə məşqçim Gediminas Adomaytisin dəstəyi sayəsində. O, sözün həqiqi mənasında məni həyata qaytardı, yaxşı hazırlaşdırdı. Ailəmin, qohumlarımın da dəstəyini daim hiss etdim.
 
- Yarım ilə “Rəvan”ın demək olar ki, liderinə çevrildiniz. Bundan sonra nə düşünürsüz?
- Klubla müqaviləmin müddəti bu ilin sonunda başa çatacaq. Amma başqa kluba keçməyim də mümkündü. Azərbaycanda qalmaq istəyirəm. Yunanıstanla oyundan sonra buna qərar verəcəm.
 
- Ora xoşunuza gəlir?
- Bəli. Orda futbola maraq ildən-ilə daha da artır. İnfrastruktur, eyni zamanda maliyyə şərtləri də yaxşılaşmaqdadı. Hətta deyərdim ki, şərait Avropanın bir sıra ölkələrindən çox yaxşıdı.
 
- Bəs Bakıdakı yaşayış tərzinin səviyyəsi barədə nə deyə bilərsiz?
- Kimin necə yaşamasından asılıdı. Bakı bütövlükdə çox zəngin şəhərdi. Orda yaşayış Litvadakından iki dəfə bahadı.
 
- Azərbaycanlılar necədilər?
- Çox mehriban insanlardı. Dostluq etdinizsə, sizi ən yaxın ətrafı kimi qəbul edəcəklər. Əlbəttə, pis adamlar da var. Amma elələrindən uzaq olmağa çalışıram.
 
- “Rəvan” iddialılar sırasında deyildi. Bəs sizdəki bu motivasiya hardan idi?
- Məndən bu barədə Azərbaycanda da soruşurdular. Fikrimcə, hər bir oyunçu istənilən oyunda maksimum çalışmalıdı. Bu, idmançının çörək ağacıdı. Həm də klubumuzda qələbəyə görə bonuslar vardı və bundan heç kim imtina etməz.
 
- Azərbaycan çempionatının səviyyəsi necədi?
- Mənə bu barədə dəqiq fikir yürütmək çətindi. Azərbaycanda 3-4 klub çox yüksək səviyyədədi. Amma ikinci altılıq klubları onlarla müqayisədə zəifdilər.
 
- Oyunlarınıza çox azarkeş gəlir?
- “Rəvan”ın oyunlarına çox da baxmırlar. Ev oyunlarımıza 1000-1500 azarkeş gəlirdi. Son oyunumuza isə 6000 azarkeş gəlmişdi.
 
- Azərbaycan futbolunun inkişaf edildiyi deyilsə də, yığma komandaları autsayderlər sırasındadı. Niyə?
- Orda inkişaf üçün hər şey var. Daha çox uşaq futboluna diqqət ayırmaqdadılar. “Porto”, “Atletico” kimi klublarla əməkdaşlıq edirlər. Fikrimcə, 5-6 ildən sonra onlarda böyük sıçrayış olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.