6 iyun 2013 17:16
Barselona Qəbələyə təşəkkür etdi
II Qəbələ Kubokunun təşkilatçılığına görə "Qəbələ" İdman Klubuna təşəkkür məktubu ünvanlayanların sırasına "Barselona" da qoşulub. Azerisport.az xəbər verir ki, turniri III yerdə tamamlayan İspaniya təmsilçisi turnir müddətində komandaya göstərilən diqqətə görə "Barselona"nın akademiya direktoru Gilyermo Amorun adından klubumuza minnətdarlığını bildirib.
Məktubda komandanın vətənə texniki heyətin və futbolçuların turnirin keyfiyyəti və yüksək səviyyəli təşkilatçılığı barədə yüksək təəssüratla döndüyü vurğulanıb. Sonda "Qəbələ"yə böyük idman uğurları arzulanıb.
