7 iyun 2013 18:47
Millimizə dəvət olunan futbolçu Bundesliqa klubunda
Futbol üzrə Azərbaycan yığmasının “potensial” üzvlərindən sayılan Dmitri Nəzərov klubunu dəyişməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, o, 2012-ci ildən çıxış etdiyi “Preußen Münster” klubundan ayrılmaq istəyir.
Buna səbəb Azərbaycan vətəndaşlığına malik olan futbolçu “Karlsruher” komandasına keçəcək. Onun bu transferinin dəyəri 50 min avro olduğu bildirilir.
Qeyd edək ki, Nəzərov ötən il DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə səfər oyunu ərəfəsində yığmamıza çağırılsa da, zədəsi olduğuna görə Almaniyaya dönmək məcburiyyətində qalmışdı.
