7 iyun 2013 19:15

“Nə qədər zəif rəqiblə düşsək, bir o qədər də yaxşı olar”

"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov klub saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, futbolçu istirahəti necə keçirdiyi barədə danışıb, toplanışın gedişi haqqında söhbət açıb və komandanın Avroliqadaki şanslarını dəyərləndirib.
 
- Çətin mövsümdən sonra futbolçulara istirahət üçün 10 gün vaxt verilmişdi. Bu müddət ərzində yorğunluğu ala bildinizmi? Ümumiyyətlə, necə və harada istirahət etdiniz?
- Yaxşı dincəldim. Ailəmlə birgə istirahət etmişəm. Azərbaycanın rayonlarını, gözəl məkanlarını gəzdik, qohumlara baş çəkdik və daha sonra Bakıya qayıtdıq. Ona baxmayaraq ki, istirahət üçün az vaxtımız var idi, yaxşı istirahət edə bilmişəm. Əsas isə bizim işimizdi. İndi biz toplanış keçirməliyik və bunu gözəl başa düşürük.
 
- Artıq bir neçə gündü Türkiyədəsiz. Toplanışın gedişi haqqında nə deyə bilərsiniz?
- Biz çox dincəlməmişik deyə, toplanış da ağır keçmir. Az istirhət etmişik, ona görə də məşqlərə başlamaq elə də çətin olmadı. Özümüzü yorğun hiss etmirik. Toplanış yaxşı keçir, uşaqlar özlərini yaxşı hiss edirlər. Hər şey yaxşı gedir.
 
- Adətən ilk toplanış futbolçular üçün daha çətin olur. Ona görə ki, oyunçular əsasən fiziki xarakterli məşqlər keçirlər...
- Bir az əvvəl dediyim kimi, biz az istirahət etmişik, ona görə də məşqlərə qayıtmaq elə də çətin olmadı. Məşqlərdəki çalışmalar mənə ağır gəlmir. Başqa toplanışlara baxanda, hansılarda ki, iki-üç məşqdən sonra ayaqlarda yorğunluq başlayırdı və yerimək belə çətin idi, bu toplanış isə başqadı. Az dincəlmişik deyə, həmin çətinliklərlə üzləşmirik.
 
- Qarşıda "İnter"i Avropa Liqasında çıxış gözləyir. Sizin fikirinizcə, komanda bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcək?
- Təbii ki, biz özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Yaxşı nəticələr qazanmaq istəyirik. Komandamızı çox futbolçu tərk edib və onların əvəzinə gələcək oyunçulardan da çox şey asılıdı. Onlar özlərini yaxşı tərəfdən göstərməlidilər. İstərdim ki, onlar komandaya tez adaptasiya olsunlar və komandaya qısa müddət ərzində xeyir versinlər. O halda Avroliqadakı oyunumuzu göstərib, uğur qazana biləcəyik. İki-üç mərhələ keçə bilərik, daha sonra isə çox şey püşkdən asıllıdı, görək qismətimizə hansı rəqib düşür.
 
- Yeri gəlmişkən, turnirin birinci mərhələsində bütün potensial rəqiblərin adları da artıq məlumdu. Bilmək istərdik, bu klublardan hansını "İnter" üçün daha münasib rəqib hesab edirsiniz?
- Zənnimcə, biz birinci mərhələdəki bütün rəqibləri məğlub etməyə borcluyuq. Bununla belə, etiraf etməliyəm ki, nə qədər zəif rəqib düşsə, bir o qədər də yaxşı olar. Ona görə ki, "İnter"ə yeni futbolçular gələcək və onların komandada uyğunlaşması, öz yerləni tapması üçün vaxt lazım olacaq. Ən azından ikinci mərhələyə kimi onlar komandada özlərini rahat hiss eləməlidilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.