7 iyun 2013 23:07
Berti Foqts: Nəticədən razı deyiləm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Nəticədən razı deyiləm. Biz ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik və sonda da qələbəni əldən verdik. Halbuki, daha çox qol vurmaq imkanımız var idi. Dörd heç-heçəmizdən ən azı üçü qələbə qazanmalı olduğumuz qarşılaşmalar idi. Beynəlxalq arenada qol vəziyyətlərindən istifadə etmirsənsə, onda özün qola üzülürsən”.