7 iyun 2013 11:04
“Bakının istisi bizim üçün əsas problemlərdən olacaq”
Futbol üzrə Lüksemburq yığmasının yarımmüdafiəçisi Rene Peters DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında öncə bunları söyləyib:
“Azərbaycan haqda mən iki il öncə “Avroviziya” mahnı müsabiqəsi zamanı eşitmişdim. O vaxt Bakının bütün gözəlliklərini görmək imkanımız oldu. Elə həmin dövrdən bu şəhəri nə vaxt görəcəyimi səbrsizliklə gözləməyə başladım. Bura oyundan bir neçə gün öncə gəlmişik. Bakı ilə daha yaxından tanış olmaq üçün vaxtımız oldu”.

31 yaşlı futbolçu Bakıdakı istidən şikayətlənib və bildirib ki, bu, oyunun nəticəsinə öz təsirini göstərə biləcək amillərdəndi: “Burda çox istidi. Şübhəsiz ki, bu, bizim üçün əsas problemlərdən biri olacaq. Çünki Lüksemburq yüksək temperaturdan bir qədər uzaq olan ölkədi. Ona görə də işimiz çətin olacaq”.
Peters Lüksemburqdan Azərbaycana səfər edərkən yol boyu nə ilə məşğul olmasını da açıqlayıb: “Mən Ben Payal və Da Mota kimi yatmıram. Onlara hətta yolda yatmaq üçün həb də lazım olmur. Amma mən oyunlar oynayıram. Məsələn, “Super Mario”. Ya da kitab oxuyuram”.