7 iyun 2013 23:23
“Hər şeyə elə ilk yarıda aydınlıq gətirə bilərdik”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, “Neftçi”nin futbolçusu 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Hər şeyə elə ilk hissədə aydınlıq gətirə bilərdik. Amma bu, futboldu. Onlar da öz hücumlarını etdilər, qol vurdular”.
