7 iyun 2013 23:35
Ruslan Abışov: Azarkeşlər belə davam etsələr, oyunlarımıza gəlməmələri daha yaxşı olar
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Rusiyanın “Rubin” klubunun futbolçusu 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Əgər azarkeşlər bizi bu cür dəstəkləməyə davam edəcəklərsə, yaxşısı budu heç oyunlarımıza gəlməsinlər. Onlar bizi əvvəldən axıra qədər dəstəkləməkdən “İstefa” qışqırırlar. Təbii ki, qırmızı vərəqə ilə yanaşı bu da oyunumuza təsirsiz ötüşmədi”.
