7 iyun 2013 11:43
Şaxtyor da Qəbələyə təşəkkür etdi
II Qəbələ Kubokunun iştirakçılarından olan və turniri IV pillədə tamamlayan "Şaxtyor" "Qəbələ" İdman Klubuna təşkilatçılıqla bağlı təşəkkür məktubu ünvanlayıb. Azerisport.az xəbər verir ki, "Şaxtyor" Futbol Akademiyasının direktoru Aleksandr Funderat imzalı məktubda "Qəbələ"yə dəvətə və turnir müddətində komanda üçün yaradılan gözəl şəraitə görə minnətdarlıq bildirilib.
Məktubda həmçinin gələcəkdə iki klub arasında dostluq münasibətlərin inkişafına ümidvarlıq vurğulanıb.
