8 iyun 2013 00:07

Berti Foqts: Bu oyuna görə tənqidə layiq olduğumuzu düşünmürəm

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesablı heç-heçədən sonra öncə bunları söyləyib:
 
- Nəticədən razı deyiləm. Biz ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik və sonda da qələbəni əldən verdik. Halbuki, daha çox qol vurmaq imkanımız var idi. Dörd heç-heçəmizdən ən azı üçü qələbə qazanmalı olduğumuz qarşılaşmalar idi. Beynəlxalq arenada qol vəziyyətlərindən istifadə etmirsənsə, onda özün qola üzülürsən.

- Cihan Özkara, Vüqar Nadirov və Rauf Əliyev bu gün meydanda olsaydı, nəticə fərqli ola bilərdi?
- Bunun düzgün yanaşma olduğunu düşünmürəm.
 
- Bu qədər künc zərbələrini boşa verincə onları daha hiyləgər yollarla yerinə yetirmək olmazdımı? Rəqib qapıçı da ucaboy olduğundan əksər toplar onda qalırdı. Futbolçulara yerlə oynamağı tapşıra bilməzdiniz?
- (gülür) Mən 40 ildi futboldayam və topun künc zərbəsindən göylə yerinə yetirildiyini görmüşəm. Bu, hokkey deyil ki, daim yerlə oynayasan.
 
- Lüksemburqla heç-heçəyə görə sizi təbrik edirik. Hamı sizdən qələbə gözlədiyi bir vaxtda bu rəqibə qarşı niyə iki dayaq yarımmüdafiəçisi ilə oynamağa qərar vermişdiniz?
- Təbrikə görə sağ olun. Bu, bizim sistemimizdi. Bunu çoxsaylı oyunlarda sınamışıq, çalışmışıq. Əgər rəqib komanda iki hücumçu ilə oynayırsa, biz onlara qarşı bir dayaq yarımmüdafiəçisi ilə oynaya bilməzdik.

- Niyə Vaqifi solda, Arazı sağda oynadırdınız? Axı Araz adətən sol cinahda çıxış edir...
- Çempionatda Araz “Neftçi”nin heyətində həmişə sağda oynayır. Bu, onun üstünlüyüdü.
 
- Niyə futbolçularımız az qala hər oyunda qırmızı vərəqə alırlar? Ümumiyyətlə, oyun təcrübəsi olmayan Subaşiçi bu oyuna buraxmaq nə dərəcədə düzgün idi?
- Qırmızı vərəqə barədə hakimdən soruşmaq lazımdı. Mənə elə gəlir ki, ötən oyunda Rauf Əliyevin aldığı qırmızı vərəqə müəyyən qədər haqlı idi. Çünki iki ardıcıl sarı vərəqə aldı və cəzasını çəkdi. Subaşiçə gəlincə, orda qırmızı vərəqə olduğunu düşünmürəm. Sarı vərəqə ilə də ötüşmək olardı. Subaşiçin meydana buraxılmasına gəlincə, bizə hücumu daha da gücləndirmək lazım idi. Bu mövqedə də oynadacaq başqa futbolçu görmədim.
 
- Oyundan öncə bəzi futbolçuların Lüksemburqla oyunda borclarını qaytarmalı olduğunu demişdiniz. Qaytardılar? Həm də biz hər seçmə mərhələdə Lüksemburq, Lixtenşteyn kimi komandalarla qarşılaşmağımızı istəyirik. Amma onları məğlub edə bilmirik. Niyə?
- Təəssüf ki, mən özüm meydana çıxıb oynaya bilmərəm. Milli komandada fərqli sistemlə oynanılır. Mən bu gün sərgilədiyimiz oyuna görə tənqidə layiq olduğumuzu düşünmürəm. Çoxlu hücumlar qurduq. Sadəcə, bu qədər qol vəziyyətindən yararlanmamağımıza əsəbləşirəm. Hər halda bu suallarınıza cavab tapmaq üçün son mövsümün bombardirlərinin siyahısına diqqətlə baxmağınız yaxşı olardı.
 
- Komandanın daha yaxşı oynaması üçün hansı addımlar atmısız?
- Bu oyuna düzgün taktika ilə çıxmışdıq. Çoxlu qol vəziyyətlərimiz oldu. Onları dəyərləndirsəydik, hər şey fərqli olacaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.