8 iyun 2013 00:14
Lyuk Holts: İki xal itirdik
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“İlk hissədə biz bir xal qazandıq. İkinci hissədə isə iki xal itirdik. Azərbaycan yığması fasilədən sonra yaxşı oynadı. Biz bu gün çoxlu qol vəziyyətimizin olacağını bilirdik. Uşaqlar başa düşürdülər ki, ələ düşən hər şansdan yararlanmaq lazımdı. Fasilədə onlara topu özlərində daha çox saxlamalarını tapşırdım. Bu da öz bəhrəsini verdi”.
Holts Azərbaycan yığmasında işləməklə bağlı suala belə cavab verdi: “Mən Lüksemburq yığmasının baş məşqçisiyəm. Buna görə də sualınıza cavab vermək istəməzdim. Sizin onsuz da çox yaxşı baş məşqçiniz var. Berti Foqts hörmətim var. Ona görə də bu haqda danışmağım düzgün olmaz”.
