8 iyun 2013 00:21
Elnur Allahverdiyev: Bəxtimiz gətirmədi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın futbolçusu 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Bütövlükdə pis oynamadıq. Çoxlu qol vəziyyətləri yaratdıq. Sadəcə, bəxtimiz gətirmədi. Çox təəssüflənirəm ki, özüm də oyundakı yüz faizli qol epizodlarından birini dəyərləndirə bilmədim. Növbəti oyunlarda qol vurmağa çalışacağam. Amma bu oyunda da qələbə qazanmalıydıq”.
