8 iyun 2013 00:46
Azarkeşlər yenə Berti Foqtsu istefaya səslədilər
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Lüksemburq matçının sonlarına yaxın azarkeşlər yenə də millimizin baş məşqçisi Berti Foqtsun ünvanına "istefa" şüarları səsləndiriblər. Azerisport.az xəbər verir ki, azarkeşlər Lüksemburq millisinin matçın 80-ci dəqiqəsində hesabı bərabərləşdirməsindən sonra daha da fəallaşıblar.
Qeyd edək ki, ilk görüşdə səfərdə Lüksemburqla 0:0 bərabərə qalan Azərbaycan yığması doğma meydanda da rəqibin müqavimətini qıra bilmədi - 1:1.
