7 iyun 2013 14:18
Media otaqları və tablonun quraşdırılmasına başlanıldı (FOTO)
Sumqayıt İdman Mərkəzinin tikintisi davam etməkdədi. Azerisport.az xəbər verir ki, hazırda, mərkəzin tribunasının dam örtüyünün quraşdırılması yönündə işlərə yekun vurulub.
Dam örtüyünün asma tavanları isə quraşdırılmaqdadı. Bundan başqa, Sumqayıt İdman Mərkəzində tablonun və diktor otaqlarının quraşdırılmasına start verilib. Yaxın günlərdə media otaqları və tablo quraşdırılacaq. Mərkəzin texniki sahəsində də yenidənqurma işləri davam edir. Paltardəyişmə otaqları ilə yanaşı digər texniki otaqların hazırlanması prosesi davam edir.
