8 iyun 2013 19:48
Azərbaycan yeni tsiklə heç-heçə ilə başladı (YENİLƏİB)
Futbol üzrə Azərbaycanın 21 yaşlılardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk sınağına çıxıb. Azerisport.az xəbər verir ki, Bernard Lippertin çalışdırdığı komandamız AÇ-2015-in seçmə mərhələsindəki ilk matçını evdə Makedoniyaya qarşı keçirib.
Qarşılaşma demək olar ki, bərabər səviyyədə keçib. Yığmamız rəqbin azlıqda qalmasında sonra müəyyən qədər fəallığı artısa da, bu, qol gətirməyib və görüş qolsuz başa çatıb. Beləcə, 21 yaşlılarımız yeni tsiklə heç-heçə ilə start veriblər.
Qeyd edək ki, 8-ci qrupda yer alan U-21 yığmamızın rəqibləri arasında Makedoniya ilə yanaşı Portuqaliya, İsrail və Norveç seçmələri də var.
AÇ-2015-in seçmə mərhələsi
8-ci qrup
8 iyun
AZƏRBAYCAN – MAKEDONİYA - 0:0 (2-ci hissə)
Baş hakim: Nikola Popov (Bolqarıstan).
Bakı. “Dalğa Arena”.
Oyun başladı. Milli komandamıza uğurlar arzulayırıq!
5. Oyun daha çox mərkəzdə keçsə də, millimiz topa daha çox nəzarət edir
9. Timov sarı vərəqə ilə cəzalanır
13. Yığmamızın ilk korner vuruşu qol gətirmir
25. Oyun o qədər də sürətli və bol epizodlu adlandırıla bilməz
28. Ü.Abbasov da sarı vərəqə ilə cəzalanır
30. Yığmamız bu komandaya qol vurmaq üçün daha kəsərli hücumlar təşkil etməlidi. Belə oyunla nəyəsə nail olmaq çətin görünür
36. Draqovski sarı vərəqə alır
40. Abatsiyev də sarı vərəqə alan oyunçuların sırasına qoşulur
41. Traykovskinin zərbəsini Popoviç dəf edir. Askovskinin təkrar cəhdi zamanı yenə qapıçı etibarlı çıxışı ilə diqqət çəkir
42. Stoyçevski də sarı vərəqə ilə cəzalanır
45. İlk yarıya bir dəqiqə əlavə olunur
45+1. F.Şanlının hesabı açmasına son anda rəqib müdafiəçi mane olur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
54. E.Yunuszadə də sarı vərəqə alır
56. F.Şanlını A.Ramazanov əvəzləyir
58. Rəqibin hücumu zamanı komandamızın bəxti gətirir
61. T.Quliyevi Ş.Əliyev əvəzləyi
65. Ramazanova qarşı qaydanı pozan Stoyçevski ikinci sarı vərəqə alaraq meydandan qovulur
66. Seyidovun cərimə zərbəsi qapıçıda qalır
67. Rəqibin heyətində Timovu Asani əvəzləyir
69. Qonaqların iki təhlükəli korner vuruşu zamanı hər şey yığmamız üçün yaxşı bitir
71. T.Təməltaş fərdi ustalığı sayəsində cərimə meydançasına yaxınlaşıb qapıya təhlükəli zərbə endirsə də, qapıçı qola imkan vermir
72. Jutanı Çikarski əvəzləyir
78. Yığmamızın son əvəzləməsi: R.Tağızadənin əvəzində meydana N.Novruzov çıxır
79. Ş.Əliyevin möhtəşəm zərbəsini son anda qapıçı dəf edir
85. Təməltaşın daha bir zərbəsi qapıçıda qalır
86. Qonaqların çox təhlükəli hücumu zamanı qapıçımız və müdafiəçilərimiz inamlı oynayırlar
89. Yığmamızın son dəqiqələrdəki fəallığı qol gətirmir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
AZƏRBAYCAN: 1. Andrey Popoviç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Ürfan Abbasov, 5. Elvin Yunuszadə, 10. Abdulla Abatsiyev, 13. Timur Təməltaş, 16. Ruslan Tağızadə, 19. Mirhüseyn Seyidov (k), 21. İlter Taşkın, 11. Fatih Şanlı.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Şəhriyar Əliyev, 20. Slavik Alxasov, 14. Amit Quluzadə, 9. Tural İsgəndərov, 17. Nurlan Novruzov, 23. Ağabala Ramazanov.
MAKEDONİYA: 1. Dimitrevski, 3. Alilovski, 5. Draqaraski, 6. Stoyçevski, 10. Ristovski (k), 11. Aşkovski, 8. Miçevski, 14. Blazevski, 7. Traykovski, 17. Timov, 19. Juta.
Ehtiyat oyunçular: 12. Yefremov, 2. Kitanovski, 13. Çikarski, 16. Asani, 4. Najdovski, 15. Adili, 9. Simonovski.
