7 iyun 2013 14:35
"Anşlaq olacağını gözləməsəm də, yaxşı dəstəklənəcəyimizə inanıram"
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburqla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində yığmamızın kapitanı bunları söyləyib:
“Oyuna ciddi hazırlaşmışıq. Bilirik ki, çətin olacaq. Rəqibi təzyiq altında saxlamaq, aqressiv oynamaq istəyirik. Xüsusilə rəqibin standart vəziyyətləri zamanı diqqətli olmalıyıq. Azarkeşlərə gəlincə, anşlaq gözləməsəm də, yaxşı dəstək görəcəyimizə inanıram”.