8 iyun 2013 02:50
Portuqaliya Rusiyanı, milli komandamız Şimali İrlandiyanı qabaqladı (YENİLƏNİB)
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyunlar keçirili. Azerisport.az xəbər verir ki, millimizin Lüksemburqla qarşılaşdığı gündə F qrupunda daha bir görüş baş tutub.
Belə ki, Portuqaliya yığması evdə lider Rusiyanı qəbul edib. Fabio Kapello bu görüşdə qələbə qazanacağı təqdirdə vaxtından əvvəl dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edəcəkdi. Lakin Portuqaliya buna imkan verməyib. Meydan sahibləri qələbə sayəsində rusları ikinci pilləyə salıblar. Yığmamız isə Lüksemburqla heç-heçə etsə də, 4-cü pilləyə yüksəlib.
DÇ-2014-ün seçmə mərhələsi
7 iyun
Portuqaliya - Rusiya - 1:0 (1:0)
Qol: Poştiqa, 9.
| 1 | Portuqaliya | 7 | 4 | 2 | 1 | 12 | 6 | +6 | 14 |
| 2 | Rusiya | 5 | 4 | 0 | 1 | 8 | 1 | +7 | 12 |
| 3 | İsrail | 6 | 3 | 2 | 1 | 15 | 8 | +7 | 11 |
| 4 | Azərbaycan | 7 | 0 | 4 | 3 | 3 | 9 | –6 | 4 |
| 5 | Şimli İrlandiya | 5 | 0 | 3 | 2 | 3 | 7 | –4 | 3 |
| 6 | Lüksemburq | 6 | 0 | 3 | 3 | 3 | 13 | –10 | 3 |
