7 iyun 2013 15:07

Əfran İsmayılov: Biz Lüksemburqa yuxarıdan aşağı baxmamalıyıq

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
 
- Lüksemburqla oyun öncəsi millidə atmosfer necədi?
- Yaxşıdı. Çox istərdik ki, oyundan sonra da belə olsun. Bu oyunun millimiz üçün nə dərəcədə vacib olduğunu gözəl başa düşürük. Hətta deyərdim ki, Lüksemburqla görüş qrup liderləri ilə oyunlardan da vacibdi. Bu komanda dişimizə görə rəqibdi. Biz bu görüşdə üç xal qazana bilərik. Hər şey öz əlimizdədi. Bizi yalnız qələbə qane edəcək. Lüksemburq da bilir ki, Azərbaycan ancaq qələbəyə köklənib.
 
- Qələbə qazanmağımız üçün nə lazımdı?
- Erkən qolun bizə çox köməyi dəyəcək. Adətən, millimiz hesabı açandan sonra qol vurmaq üçün daha çox şansımız olur. Əsas ələ düşən şanslardan yararlanmaqdı. Qələbəmizə inanmalıyıq. Lüksemburqdakı qarşılaşmanı unutmaq lazımdı. Öz oyunumuzla da sübut etməliyik ki, bu komandadan güclüyük.
 
- Razısız ki, yığmanın hücum xəttində problemlər var?
- Problemlər var, amma çalışırıq ki, onları aradan qaldıraq. Bizim əsas problemimiz yaratdığımız qol vəziyyətlərini boşa verməyimizdi. Demirəm hər oyunda çoxlu qol vəziyyəti yaradırıq. Sadəcə, bir-iki real qol şansımız olur ki, bunlardan yararlana bilsək, çox şe fərqli ola bilər. Amma əldən veririk. Lüksemburqla görüşdə isə həmin aqibəti yaşamamalıyıq. Siz elə bilirsiz ki, onlar Bakıya məğlub olmaq üçün gəliblər? Onlar da qələbəyə çalışacaqlar. Lakin bu, bizi qayğılandırmır.
 
- Yığmamızın baş məşqçisi Berti Foqts isə müdafiədən hücuma keçməklə bağlı problemlərdən şikayətlənib...
- Foqts belə deyirsə, deməli elədi. İstənilən halda məşqçilər bizdən daha çox bilirlər. Əgər öz problemlərimizi biliriksə, onları aradan qaldırmağımız da mümkündü. Ola bilər ki, güclü rəqiblərlə görüşlərdə hücuma sürətli keçə bilmirik. Amma Lüksemburqla görüşdə belə hal təkrarlanmamalıdı. Mümkün qədər az səhv etməliyik.
 
- Bəs rəqib komandanın oyunu haqda nə deyə bilərsiz?
- Onların müdafiə xətti çox güclüdü. Səfərdəki oyun hər kəsin yadındadı. Lüksemburq həmin matçda çox diqqətlə müdafiə olunurdu. Onlar Bakıda da açıq futbol oynamayacaqlar. İstənilən halda qələbə qazanmalıyıq. Qətərlə heç-heçə etdik. Halbuki, qətərlilər Lüksemburqla müqayisədə daha güclü yığmaya malikdi. Düzdü, biz Lüksemburq yığmasından elə də ciddi fərqlənmirik. Demək olar ki, iki bərabər gücə malik komanda qarşılaşacaq. Ola bilər ki, hansısa komponentlərdə onlardan üstünük. Amma gəlin bu komandaya yuxarıdan aşağı baxmayaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.