7 iyun 2013 15:32
Azərbaycan – Lüksemburq matçına 8500 bilet satılıb
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu görüşə 8500 bilet satılıb.
Lakin oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil. Qeyd edək ki, oyunun keçiriləcəyi “Bakcell Arena” 12 000 azarkeş tutur.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.
