7 iyun 2013 16:58

Vəli Qasımov: Yığmamız qol buraxanda, öz oyununu itirir

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımovun azerisport.az saytına müsahibəsi
 
- Millimizin Lüksemburqla oyunundan nə gözləyirsiz?
- Fikrimcə, bizim rəqib qarşısında müəyyən üstünlüklərimiz var. Birincisi, evdə oynayırıq. İkincisi, komandamız rəqiblə müqayisədə daha güclüyük. Güclü olduğumuzu düşünürüksə, bunu əməldə də sübut etməliyik. Amma onlar da futbol oynaya bilirlər.
 
- Mümkün heç-heçə bizim üçün uğursuzluq sayıla bilər?
- Futbolda hər şey mümkündü. Amma Lüksemburqla heç-heçə nəticə deyil. Onda bu qədər toplanış, belə şərait nəyə lazımdı ki? Sağlam düşünmək lazımdı. Əgər bu komanda qarşısına AÇ-2016-nın final mərhələsinə çıxmaq vəzifəsini qoyubsa, onda Lüksemburqla heç-heçə sadəcə qəbulolunmazdı.
 
- Berti Foqts əksər futbolçuların formada olmadığını bildirib...
- Düzünü deyim ki, mən buna inanmıram. Çempionat yenicə başa çatıb. Elə isə onlar necə pis vəziyyətdə ola bilərlər?
 
- Rauf Əliyevin yoxluğu nə dərəcədə təsirini göstərə bilər?
- Rauf yığmanın son oyunlarında pis təsir bağışlamırdı. Bildiyimə görə, o, hətta yığmada klubdakından da çox qol vurub. Amma bütövlükdə yığmamızın hücum xəttinin aşkar lideri yoxdu.
 
- Azərbaycanla Lüksemburq bərabər güclü komandalardı?
- Mən Azərbaycanın daha güclü komanda olduğunu düşünürəm. Sadəcə, yığmamızın hansı taktika ilə oynadığını başa düşə bilmirəm. Necə hazırlaşdıqlarından xəbərim yoxdu.
 
- Komandamız bu oyunda hansı çətinliklərlə üzləşə bilər?
- Əgər Lüksemburq hesabı açsa, onda bizə çox çətin olacaq. Yığmamız qol buraxandan sonra öz oyununu itirir. Əsas müdafiə futbolu oynamamalıyıq. Yəqin ki, məşqçilər korpusu da müdafiədən oynamaqla heç nəyə nail ola bilməyəcəyimizi gözəl bilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.