7 iyun 2013 17:15
Yunis Hüseynov: Lüksemburq yığmasını da uda bilmiriksə...
“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Hamı yazır ki, Vüqar Nadirovla Rauf Əliyevin itkisi yığmanın oyununa təsirini göstərə bilər. Amma unutmaq olmaz ki, rəqib Lüksemburqdu. Yığmamız bu komandaya Raufla Nadirsiz də qol vurmağı bacarmalıdı. Əks halda onda niyə bu qədər toplanışlara pul xərclənməlidi? Lüksemburqu da uda bilməyəcəyiksə, onda nə düşünmək lazım olduğunu heç mən də bilmirəm”.
