8 iyun 2013 19:54

İnterin oyunçusunun bir böyrəyi çıxarıldı

Məlum olduğu kimi, əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatı çərşivəsində baş tutan “İnter” - “Simurq” matçında paytaxt klubunun gənc yarımmüdafiəçisi Fuad Bayramov ağır zədə almışdı. Azerisport.az xəbər verir ki, hadisədən sonra futbolçunun böyrəyinin biri çıxarılmışdı.
 
İyunun 2-də Fuad Bayramov da “İnter”in heyətində Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Gənc yarımmüdafiəçi hələlik məşqlərdə iştirak etmir, yalnız yüngül qaçışlarla kifayətlənir.
 
Кomandanın həkilməli İqor Qorobets və Səhhət Rüstəmzadə oyunçunun vəziyyəti haqqında məlumat veriblər. Onlar klub saytına açıqlamalarında Bayramovun bərpa prosesinin gedişi barədə danışıblar və onun məqşlərə nə zaman başalayacağını bildiriblər.
 
Həkimlərin sözlərinə görə, futbolçuya 3 ay məşq etmək olmaz. İkinci böyrəyin yeni yükləmələrə uyğunlaşması lazımdı. Yəni ikinci böyrək çıxarılmış böyrəyin funksiyalarını üzərinə götürməlidi. 3 ay ərzində futbolçuya müəyyən tapşırıqlar veriləcək və bu yükləmələr hər ay 30 faiz artacaq. Yəni zədədən 4 ay sonra Fuad Bayramova ümumi yükləmənin 30 faizi qədər məşğələlər veriləcək, növbəti ay bu rəqəm 60 faizədək artacaq və altıncı ayda futbolçu 90 faizlik yükləməyə yaxınlaşacaq. Sonra həkimlər orqanizmin bu yükləmələri qəbul etməsinə nəzarət edəcəklər. Altıncı ayda oyunçunun səhhətində hər şey normal olarsa, o zaman o, ümumi qrupla məşq etməyə başlayacaq. Hər şey analizin nəticələrindən və orqanizmin vəziyyətindən asılı olacaq. Proses həkimlərin planlaşdırdığı normal axarda davam edərsə, o zaman Fuad Bayramov böyrəyi çıxarılandan 6 ay sonra komandayla birlikdə məşqlərə qatılacaq. Onun əzələlərinin 3-6 ay arası dövrdə tonusda olması vacibdir, çünki yükləmələrin sərt olmaması əhəmiyyət kəsb edir. Böyrək orqanizmdə çox mühüm funksiyanı yerinə yetirir və buna görə də, F.Bayramovun vəziyyətini diqqətlə izləmək lazımdı.
 
Qeyd edək ki, futbolda karyerasını başa vurmuş və hələ də meydançalara çıxmaqda davam edən bir çox böyrəyi çıxarılan futbolçu var. Belə ki, 2010-cu ildə böyrəyi çıxarılmış fransalı futbolçu Fabyen Lemuan indi də futbol oynayır. Bundan başqa, Moskvanın MOİK və “Kuban” klubunun yarımmüdafiəçisi Valeri Minkonu da qeyd etmək olar. Bu futbolçu 1993-cü ildə böyrəyinin birini itirmişdi və peşəkar karyerasını keçirdiyi cərrahi əməliyyatdan 9 il sonra başa vurmuşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.