8 iyun 2013 22:08
Bernard Lippert: Komandaya heç bir iradım yoxdu
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan - Makedoniya oyunundan sonra milli komandamızın baş məşqçisi Bernard Lippert fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan U-21 yığmasının baş məşqçisi qolsuz heç-heçədən sonra bunları dilə gətirib:
"Hücumlarımızın keyfiyyəti və kəsərliliyi istənilən səviyyədə deyildi. Bununla belə, futbolçularımız əzmkarlıqla oynadılar və meydanın hər qarışı uğrunda mübarizə apardılar. Bu baxımdan komandaya heç bir iradım yoxdu. Hesab edirəm ki, bu gün heyətimizdə Araz Abdullayev olsaydı, daha kəsərli hücumlar qura bilərdik. Qarşıdakı oyunlarda hücum xətti ilə bağlı problemi həll etməyə çalışacağıq".
