8 iyun 2013 22:57
“Azərbaycan yığması müasir futbol oynayır”
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan - Makedoniya oyunundan sonra rəqib komandanın baş məşqçisi Boban Babunski fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz heç-heçədən sonra bunları dilə gətirib:
"Azərbaycan yığması ilə səfərdə qarşılaşmaq hər zaman çətindi. Rəqibimiz müasir futbol oynayır. Bütün oyun ərzində çətin anlar yaşadıq. Xüsusilə, ikinci hissədə azlıqda qaldıqdan sonra işmiz lap çətinləşdi. Bununla belə, təhlükəli vəziyyətlər yaratmağı bacardıq. Hesab edirəm ki, bizim yaratdığımız qol şansları daha real idi".
