8 iyun 2013 11:16
Mircavadov: Lüksemburq 2-ci hissədə yığmamızdan yaxşı oynadı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“İki fərqli hissə izlədik. Birinci daha yaxşı alındı. Çoxlu hücumlar, qol vəziyyətləri var idi. Qol vurmaq lazım idi. İkinci hissədə isə rəqib daha yaxşı oynamağa başladı. Onların vurduğu bir qolla yanaşı daha iki yüz faizli qol epizodları oldu. Bütövlükdə, komandamızın özünü pis göstərmədiyini düşünürəm. Cinahlardan pis yararlanmırdıq. Sadəcə, bu hücumların daha effektli olmasına çalışmaq lazımdı. Təəssüf ki, hücum xəttimiz təkbətək mübarizələrdə rəqib futbolçulara uduzurdu. İstənilən halda dünən qələbə qazanmalı idik”.