8 iyun 2013 12:17
İnterin Türkiyə toplanışı davam edir
“İnter” Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komanda iki məşqə çıxıb.
Səhərki çalışmalara futbolçular saat 10:00-da trenajor zalında başlayıblar. Daha sonra onlar meydana çıxıblar. Səhərki məşq müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17:00-da meydana yenidən çıxan futbolçular topla fərqli hərəkətlər ediblər və daha sonra ikitərəfli oyun keçiriblər.
