8 iyun 2013 12:26
Elnur Allahverdiyev: Evdə Lüksemburqla heç-heçə etməyimiz faciə deyil
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”ın futbolçusu öncə bunları söyləyib:
- Çox təəssüf ki, belə bir rəqibə qalib gələ bilmədik. Ələ düşən qol fürsətlərindən yararlana bilmədik. Halbuki, onların sayı kifayət qədər oldu. Bütövlükdə, yaxşı oynadığımızı düşünürəm.
- Real qol vəziyyətlərindən birini də məhz siz boşa verdiniz...
- Həmin epizodda fərqlənə bilmədiyimə görə çox təəssüflənirəm. Bu, mənə də çox pis təsir etdi. Amma növbəti oyunda bunun əvəzini çıxmağa çalışacağam.
- Həmin epizodda həyacanlandınız?
- Deməzdim. Sadəcə, topun qarşıma düşəcəyini gözləmirdim.
- Deməzdim. Sadəcə, topun qarşıma düşəcəyini gözləmirdim.
- Lüksemburqla evdə heç-heçə faciə deyilmi?
- Nəticə çox pisdi. Amma bunun faciəvi olduğunu düşünmürəm. Bu, futboldu, hər cür nəticələnə bilər. Heç bir futbolçumuz Lüksemburqla heç-heçə etməyi arzulamazd. Allah eləsin ki, növbəti oyunlarda bu uğursuzluğu unutdura bilək.

- Əgər Lüksemburqu da uda bilmiriksə, onda Azərbaycan yığması hansı komandaya qalib gələcək?
- Biz əvvəllər də güclü rəqiblərə qalib gəlirdik, indi də bunu bacararıq. Bunun üçün Lüksemburqa məğlubiyyəti unutmaq lazımdı. Növbəti oyunlarda qələbəyə köklənməliyik.