8 iyun 2013 13:20
Millimiz Şimali İrlandiya ilə Lənkəranda qarşılaşa bilər
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı ev oyununu Lənkəranda keçirə bilər. Azerisport.az saytına müsahibəsində bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib:
“Lüksemburqla oyun zamanı “Bakcell Arena”dakı atmosfer bizim çox xoşumuza gəldi. Anşlaq müşahidə olunmasa da, tribunaların 90 faizi tutulmuşdu. Amma oktyabrda Şimali İrlandiyaya qarşı keçirəcəyimiz ev oyunu Lənkəranda da keçirilə bilər. Lakin bu, daha çox Lənkəran şəhər stadionunun ot örtüyünün həmin vaxt necə olacağından asılıdı. Biz artıq bir neçə il öncə orda oyun keçirmişik. Yenidən bu təcrübədən yararlanmaq pis olmazdı. Lənkəranda möhtəşəm azarkeşlərimiz var. Yenə də deyirəm ki, hər şey qazonun vəziyyətindən asılı olacaq”.