8 iyun 2013 13:41
Millimizin oyunu canlı yayımda
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün saat 18:00-da AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan və Makedoniya yığmaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, qarşılaşma İdman Azərbaycan televizya kanalı və www.affatv.az saytında canlı yayımlanacaq.
