8 iyun 2013 13:54
Qarabağ Türkiyəyə hazırlaşır
“Qarabağ” hazırlıqlara başlayır. Azerisport.az xəbər verir ki, Ağdam klubu 2013/14 mövsümünün hazırlıqlarına bugün start verəcək.
Mayın 19-dan istirahətə buraxılan komanda Avropa Liqasının hazırlığı üçün yığışır. Komanda 4 gün Bakıda çalışacaq. İyunun 13-də isə ağdamlılar hazırlığın əsas mərhələsi üçün Türkiyəyə yollanacaqlar. Qardaş ölkədə Qızılcahamam bölgəsində “Patalya” otelində məskunlaşacaq komanda minimum 28-nə kimi orda qalacaq.
“Qarabağ” bu gün yeganə məşqini Suraxanı qəsəbə stadionunda keçəcək.
