8 iyun 2013 14:25
Ruslan Abışov: Bizə belə dəstək lazım deyil
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Rusiyanın “Rubin” klubunun futbolçusu 1:1 hesablı heç-heçədən sonra öncə bunları söyləyib:
- Qələbə qazanmağı çox istəyirdik. Çoxlu qol vəziyyətləri yaratdıq. Əlbəttə, bizim də bəxtimiz gətirdi ki, rəqib öz şanslarından yararlana bilmədi. Amma daha çox azarkeşlərimizin hərəkəti mənim xoşuma gəlmədi. Belə azarkeşlər axı bizim nəyimizə lazımdı? 60-cı dəqiqədən sonra “İstefa” qışqırmağa başladılar. Halbuki, komanda həmin vaxt qələbə qazanmaq üçün bütün gücünü meydanda qoymağa başlamışdı. Bizə belə “dəstək” lazım deyil. Məsləhət görürəm ki, belə azarkeşlər ümumiyyətlə oyunlarımıza gəlməsinlər. Oyuna gəlincə, Lüksemburq üzərində qələbə qazanmağımız tamamilə real idi. Amma alınmadı. Hətta uduza da bilərdik. Axırda bəxtimiz gətirdi ki, ikinci qolu vura bilmədilər.
- Buraxılan qoldan sonra komandamız toparlana bilmədi. Niyə?
- Subaşiç qırmızı vərəqə aldı. Azarkeşlər isə yenə də baş məşqçini istefaya səsləməyə başladılar. Yenə də deyirəm, onların bu cür hərəkətləri bütün komandaya, şəxsən mənə çox pis təsir edir. Bu, oyunumuza təsirsiz ötüşmür. Bizə əsl dəstək lazımdı. Bu oyunda da onların dəstəyinə ehtiyacımız çox idi. Amma onlar sanki Lüksemburqu dəstəkləməyə gəlmişdilər. Bu, futboldu. Biz də qələbə qazanmaq istəyirdik.

- Berti Foqts oyundan sonra nə dedi?
- Futbolçulara təşəkkür etdi. Eyni zamanda çoxlu qol vəziyyətlərini boşa verdiyimizə görə təəssüfünü bildirdi.
- Futbolçulara təşəkkür etdi. Eyni zamanda çoxlu qol vəziyyətlərini boşa verdiyimizə görə təəssüfünü bildirdi.
- Oyun təcrübənizin azlığı çıxışınıza təsir etmədi?
- “Rubin”dəki karyeram o qədər də yaxşı başlamadı. Kazandakı iki ayım uyğunlaşmaya getdi. Amma fikrimcə, “Rubin”dəki əsl karyeram bu komanda ilə birgə toplanış keçəndən sonra başlayacaq.
- “Rubin”dəki karyeram o qədər də yaxşı başlamadı. Kazandakı iki ayım uyğunlaşmaya getdi. Amma fikrimcə, “Rubin”dəki əsl karyeram bu komanda ilə birgə toplanış keçəndən sonra başlayacaq.