8 iyun 2013 14:56
Mirhüseyn Seyidov: Onların özlərini favorit hesab etməsi bizim lehimizədi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Mirhüseyn Seyidov bu gün keçiriləcək AÇ-2015-in seçmə mərhələsinin Makedoniya ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Makedoniya zəif komanda deyil. Mən onların Türkiyə ilə oyunlarına baxmışam. Amma biz onlardan qorxmuruq. Azərbaycan yığması da bu görüşdə mümkün qədər yaxşı oyun sərgiləmək istəyir. Azarkeşlərin ümidlərini doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Evdə oynamağımızdan istifadə edib, seçmə mərhələyə uğurlu start vermək istəyirik. Əgər makedoniyalılar özlərini bu görüşün favoriti hesab edirlərsə, bu, ancaq bizim xeyrimizə olan amildi”.