8 iyun 2013 15:55
“Makedoniya ilə oyunda nəyə qadir olduğumuzu göstərməliyik”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Amit Quluzadə bu gün keçiriləcək AÇ-2015-in seçmə mərhələsinin Makedoniya ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mövsümün sonunda yorğunluq həmişə sözünü deyir. Amma uşaqlar hamısı Makedoniyaya qarşı layiqli oyun nümayiş etdirmək istəyir. Başa düşürük ki, rəqibimiz heç də zəif komanda deyil. Amma onlara qarşı mübarizə apara bilərik. Biz də qələbəyə oynayacağıq. Komandada əla atmosfer hökm sürür. Nəyə qadir olduğumuzu göstərməliyik”.