10 iyun 2013 00:01
Qəbələdən daha 1 çempionluq
Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında uğurlu nəticələr qazanan "Qəbələ" daha bir liqanı çempionluqla tamamlayıb. Azerisport.az xəbər verir ki, U-11, U-17 və U-19 komandaları ilə qızıl medallara yiyələnən "qırmızı-qaralar" U-16 komandası ilə də eyni uğuru təkrarlayıb.
U-16 Liqasında keçirilən "Rəvan" - "Qəbələ" matçından sonra bölgə təmsilçisi 2012-2013 mövsümünün qalibi adını qazanıb. "Qəbələ" qalib adına keçirdiyi 22 oyundan sonra yiyələnib.
"Rəvan"la matç bu komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"yə qələbə qazandıran qollara Roman Hüseynov və Ülvi İskəndərov imza atıb. Bu nəticədən sonra ehtiyatda 2 oyunun qalmasına baxmayaraq, xallarının sayını 57-yə çatdıran "qırmızı-qaralar" 24 oyundan sonra eyni xalla ikinci pillədə qərarlaşan "Neftçi" üçün əlçatmaz olub. Komandaların arasında keçirilən qarşılaşmalarda aktivinə 4 xal yazan "Qəbələ" çempionluğu təmin edib.
Xatırladaq ki, yekunlaşmayan U-15 Liqasında da "Qəbələ" çempionluq şansını saxlayır.
