10 iyun 2013 00:23
Anar Nəzirov özünə yeni klub tapdı
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Anar Nəzirov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 28 yaşlı qapıçı bundan sonra karyerasını “Sumqayıt”da davam etdirəcək.
Qeyd edək ki, son mövsümdə icarə əsasında “İnter”ə məxsus Səlahət Ağayevin xidmətindən yararlanan “Sumqayıt” onun gedişindən sonra qapıçı axtarışında idi. “Qəbələ”nin “Simurq”dan David Petrkeviçlə Dmitri Kramarenkonu transfer etməsindən sonra Nəzirovun bu klubdan uzaqlaşdırılması “Sumqayıt” üçün göydəndüşmə olub. Nəticədə, Sumqayıt klubu yığmamızın da şərəfini qoruyan qolkiperi heyətinə qatmağa qərar verib.
Qeyd edək ki, Nəzirov “Sumqayıt”la bir illik müqavilə imzalayıb.
