10 iyun 2013 00:34
Vüqar Əsgərov yenə Latviyaya qayıdır
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov yenidən Latviyaya qayıdır. Azerisport.az xəbər verir ki, “Sumqayıt”la iki illik müqavilə imzalayan Liepaya “Metallurg”unun sabiq üzvü bu dəfə sözügedən ölkəyə istirahətə yollanır.
O, burda iki həftəlik istirahətdə olacaq. Əsgərov eyni zamanda keçmiş komanda yoldaşları və dostları ilə görüşüb vidalaşacaq.
İki həftədən sonra isə Vüqar Bakıya qayıdacaq və “Sumqayıt”la növbəti mövsümün hazırlıqlarına start verəcək.
