9 iyun 2013 11:32
Mahir Şükürov: İki hücumçu ilə oynamağın yeri yox idi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Lüksemburqla oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Hər şeyə elə ilk hissədə aydınlıq gətirə bilərdik. Amma bu, futboldu. Onlar da öz hücumlarını etdilər, qol vurdular”.
“Neftçi”nin futbolçusu qələbəni əldən verdiklərinə görə məyusluğunu dilə gətirib: “Biz nəticənin belə alınmasına görə çox məyusuq. Əslində oyuna yaxşı başladıq, çoxlu qol vəziyyətlərimiz oldu. Sadəcə, onlardan yaxşı yararlana bilmədik. Nəticədə qol ikinci hissədə gəldi. Amma həmin qol qələbəyə yetərli olmadı. Nət etmək olar? Hərdən futbolda belə də olur ki, sən çoxlu qol epizodları yaratdığın halda rəqibin yeganə hücumu qolla nəticələnir”.
Şükürov baş məşqçi Berti Foqtsun ikinci yarıda etdiyi əvəzetmələrin yanlış olduğunu da iddia edib: “İki hücumçu ilə oynamağın yeri yox idi. Biz hesabda öndə idik. Oyunun da başa çatmasına onsuz da çox az qalırdı. Belə bir vaxtda ortada oynamağa bir futbolçu buraxılsaydı, daha yaxşı olardı. Ən azından hesabı qoruyub saxlaya bilərdik”.
Mahir komanda yoldaşı Vaqif Cavadovun zəif çıxışından da danışıb: “Bilmirəm daha nə deyim. Nə qədər deyirsən, xeyri yoxdu. Yaxşısı budu bu haqda sualı Berti Foqtsa verin”.