9 iyun 2013 12:54
Mindauqas Kalonas Litvanı məğlubiyyətdən xilas edə bilmədi
Futbol üzrə Litva yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində G qrupunda növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, litvalılar Vilnüsdə Yunanıstanla qarşılaşıblar.
Oyun qonaqların qələbəsi ilə başa çatıb. Meydan sahibləri minimal hesabla məğlub olublar.
Bu görüşdə Premyer Liqamızda çıxış edən bir futbolçu da iştirak edib. “Rəvan”ın yarımmüdafiəçisi Mindauqas Kalonas 90 dəqiqə meydanda olsa da, litvalıların məğlubiyyətinə mane ola bilməyib.
